Cəmiyyətdə artan aqressiya, gərginlik yeniyetmələrin münasibətlərində və ölkənin müxtəlif məktəblərində ardıcıl olaraq özünü göstərir. İnsidentlər, konfiliktlər, bulinq, zorakılıq getdikcə artmaqdadır….
Məktəblərdə aqressiv hallarının artması ictimaiyyət tərəfindən də artıq ciddi narahatlıq doğurur.
Öz narahatlıqlarını aradan qaldırmaq üçün valideynlər məktəbi müəllimi, məktəb isə valideynləri ittiham etməklə çıxış yoluna əl atır.
Son bir neçə gün məktəbdə baş vermiş bıcaqlanma hadisəsini də nəzərə alsaq bu mənzərələrin səbəbi və yeniyetmələrdə baş vermiş bu cür aqressiyanın səbəbi nədir? Hansı həll yolları ilə bu məsələləri aradan qaldırmaq mümkündür?
Mövzü ilə Gununsesi.info-ya açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirir ki, azyaşlı uşaqların kəsici alətlərdən istifadə edərək, bir-birinə xəsarət yetirməsi cəmiyyətin reallığına çevrilib.
“İlk növbədə qeyd edim ki, ölkədə 4432 ümumtəhsil orta məktəbində 1 milyondan çox şagirdi təhsil alır. Təhsil öz ətrafında ölkədə yeganə sahədir ki, ən çox insan yetişdirir. Kifayət qədər yol-nəqliyyat hadisələri nəticəsində, ailə münaqişəsi zəminində bir-birinə xəsarət yetirən insanlar var.
Təəssüf ki, burda günahkar cəmiyyətin elə özüdür. Cəmiyyətdə və təhsil sistemində baş verənlər. Bir neçə gün oncə Sumqayıt şəhərində bir valideyn azyaşlı övladını öldürdü. 59 nömrəli məktəbin direktoru ailə üzvləri ilə birgə oğlu tərəfindən amansızcasına qətlə yetirildi. Yəni biz cəmiyyəti təhsildən ayıra bilmərik. Təhsil də cəmiyyətdən ayrılan proses deyil.
Bu gün azyaşlı uşaqların kəsici alətlərdən istifadə edərək, bir-birinə xəsarət yetirməsi cəmiyyətin özünün bir simasıdır. Yəni Azərbaycan təhsilində baş verən negativlər, irəliləyişlər hamısı Azərbaycan cəmiyyətindən asılıdır.”
Exspert deyir ki, əgər bu gün hansısa alim küçədə qalırsa və yaxud da bir alimin səsinə üç, dörd nəfər gəlirsə ancaq bir oğru aləminin nümayəndəsinə hörmət varsa təbii ki, uşaqlar bunu görüb örnək alacaqlar:“Biz bu gün orta məktəblərdə təhsil alan şagirdlərin şəxsiyyət kimi yetişdirə bilməmişik. Təhsil haqqında qanuna əsasən biz məktəblərdə vətəndaş, şəxsiyyət yetişdirməliyik. Demək ki, yetişdirə bilmirik. Biz dəyərlər formalaşdırmalıyıq. Təəssüf ki biz dəyərlər yetişdirə bilmirik. Bu maddi yox mənəvi dəyərdir.
Gəlin baxaq. Bir şəxsiyyəti necə yetişdirə bilərik? Dərsliklərə baxaq. Oxuyaq. Görək hansı birində qəhrəman tapa biləcəksiniz ki, ona da oxşaya biləsiniz? Və ya televiziyalar, efirl’r, mətbuatın özündə kimləri təbliğ edirik? “VOR” aləmini, avtoritetləri və ya hansısa müğənniləri təbliğ edirik.
Əgər bu gün hansısa alim küçədə qalırsa və yaxud da bir alimin səsinə üç, dörd nəfər gəlirsə ancaq bir oğru aləminin nümayəndəsinə hörmət varsa təbii ki, uşaqlar bunu görüb örnək alacaqlar.
Yaxud Azərbaycanda məhkəmələr bəzi hallarda ədalətsizliklər göstərəcəklər ki, insanlar ədaləti zor gücünə görəcək. Yəni nümunə nədirsə insanlar ona meyillənir. Bu gün şagirdlər tik tok və bir çox sosial şəbəkələrdə görürlər ki, ədalət müğənnidir”.
K. Əsədovun sözlərinə görə, dəyərlər olmasa elm adamlarına, müəllimlərə, alimlərə də hörmət olmayacaq:“Bu gün məktəblərdə dəyərlər aşılanmalıdır. Biz bu gün müəllimə hörmət etmiriksə, uşaq da ona hörmət etməyəcək. Konfliktlərin baş vermə səbəbi cəmiyyətin dəyərlərdən uzaqda qalmağıdır. Bunlar da təbii ki, elm adamlarına, müəllimə hörmətin edilməməsinin nəticəsidir. Azərbaycan dərsliyi ancaq repititora hörmət edir. Mannanı, Səfəviləri, Qaraqoyunları böyük hərflərlə yazmağa ehtiyac yoxdur. Siz orda bir qəhrəman yaratmalısız.
2004-2005 ci illərdə Türkiyədə “Kurtlar Vadisi” serialı yayılanmışdı. Gənclərin əksəriyyəti Polad Əlamdara bənzəməyə meyl edirdi. Çünki qəhrəman obrazı var. 44 günlük Vətən Müharibəsində qalib gələn bu ölkənin hansı dərsliklərində qəhrəman obrazları verildi ki, şagirdlərimiz də onlara bənzəyə bilsin”.
“Konfliliktlərin ortaya gəlməsinin əsas səbəblərindən biri də televizya kanalları və internetlərin şüuraltı təbliğatlarıdır. Bu gün uşaqlar internetdə qadağan olunmuş yaşlarına və psixologiyalarına təsir olunmuş informasiyalar alır. Yekun nəticədə bu kimi hadisələr baş verir.
Bu gün bizim dərsliklər şəxsiyyət yetişdirə bilmir. Nümunə sistemi yaratmaqda problemimiz olduğuna görə, məhz bunlar baş verir. Birmənalı şəkildə ciddi nəzarət olmalıdır. İlk öncə dərsliklər dəyişilməlidir. Eyni zamanda məktəbə gələn şagirdin üzərisi yoxlanılmalıdır. Şagirdlər üçün psixoloji testlər keçirməlidir.
Əgər bir uşaq bu gün kiməsə xəsarət yetirirsə deməli onun psixoloji problemləri var. Əgər məktəblər vaxtında psixoloji testlər aparsa bu kimi konfliktlər də azala bilər. Məktəblərdə psixoloqlar uşaqlar arasında testlər keçirməli və gərgin uşaqlar fərdi qaydada təlimlərə cəlb olunmalıdır. Bu gün məktəblər bu işi görə bilmirlər”-deyə exspert əlavə edib.
Gununsesi.info-ya açıqlamasında Bakı Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksinin psixoloqu Sevinc Həbibova deyir ki, günün reallığına baxsaq, görərik ki, məktəblərdə uşaqlara söz demək olmur və müəllimlər onların qarşısında heçnə edə bilmirlər:
“İndi hamı, xüsusilə valideynlər məktəbi günahlandırır. Müəllimlər heç ağızlarını aça bilmirlər. Uşaqlara nəsə irad bildirmək çətin olub. Həmən valideynlərinə xəbər edirlər. Özüm məktəbdə işlədiyim üçün bütün prosesləri izləyirəm və bilirəm. Bu gün uşaqlara həddindən artıq ixtiyar verilib. Müəllimlər onların qarşısında heçnə edə bilmirlər. Əgər müəllim şagirdin davranışı və ya təhsili ilə bağlı irad və ya fikir söyləyirsə bəzi valideynlər tərəfindən absurd səviyyədə şişirdilir. Sanki bu uşağı ailə yetişdirməyib. Axı sənin övladındır. Sənin evində dünyaya gəlib. İlk öncə doğru düzgün yetişdir sonra cəmiyyətə burax. Bəzi valideynlər var ki, özləri uşaqlardan betər aqressivdir. Bu da çox pisdir. Evində aqressiyalı uşaq böyüdüb 6-7 saatlıq məktəbə göndərən valideynlərin bəzən heç uşaqlarından xəbəri olmur. Təbbi ki, bunu bütün valideynlərə də şamil etmək olmaz.
Bu gün uşaqlar müəllim ilə yox daha çox bir-biriləri ilə konflikt yaşayır. Valideynlər evdə uşaqları ilə ciddi şəkildə söhbət edib məşğul olmalıdırlar. Düzdür bəzən valideyn işləyir səhər gedir, gecə gəlir. Valideyni görməyən uşaq baxımsız, gərgin olur və öz aqresiyasını gətirib məktəbdə qoyur.
Valideyn övladına sevgi verməli, eyni zamanda psixoloqlarla birgə onların aqressivliyinin aradan qaldırılmasında əlindən gələni etməlidir. Biz bu gün onlarla ciddi konsultasiya və treninqlər keçirik. Uşaq daha sonra evinə gedir və yenidən eyni vəziyyətə düşür. Çünki valideynin aqresiyyası öz yerindədir.
Bu gün valideynlər keçdiyimiz bütün seminarlara qatılmalı, uşaqları ilə necə rəftar edilməsini bilməlidir. Bir daha qeyd ediərəm hər ikilinin bir yerdə mübarizə apararması daha məqsədəuyğundur. ”
Sevinc Həbibovanın sözlərinə uşaqları sosial şəbəkələrdən ayırmaq lazımdır. Bu gün uşaqlar qəhrəmanlarımıza, milli mənəvi dəyərlərimizi əks etdirən filmlərimizdən çox sosial şəbəkələrə və ordakı “qəhrəmanlara” meyillidirlər.
Ailə və Uşaq psixoloqu Aynur İsmayılova isə Gununsesi.info-ya açıqlamasında deyir ki, valideyn ilə yola gedə bilməyən uşaqlar bu güçü öz yaşıdlarına göstərməyə çalışır. Bu birmənalı şəkildə belədir
” Bir neçə hormonunun aşırı fəaliyyətlərinin baş verdiyi yeniyetməlik dönəmində uşaqlar özlərini valideyn ilə bir pillədə hiss edirlər. Valideynlər ilə yola gedə gede bilməyən, onların konfliktlərini içlərində basdırın uşaqlar güclərini ətrafındakı sferada göstərir. Necə ki, bu son dövrlərdə baş vermiş hadisələrdə bir daha özünü göstərmişdi. Valideyn ilə yola gedə bilməyən uşaqlar bu güçü öz yaşıdlarına göstərməyə çalışır. Bu birmənalı şəkildə belədir. Təəssüf ki, bu gün hələki valideyn və müəllimlər yeniyetmələrin rəftarlarını qəbul edə bilmirlər. Onlar qəbul etmək istəyi ehtiyacından bu cür qarşıdurmalar yaşayırlar. Özlərini necə qəbul edəcəyini bilmədikləri üçün gücü çatan sferadan yanaşırlar. Burda məktəb psixoloqlarında məsuliyyəti böyükdür. Hər gün davamlı şəkildə kiçik seanslar edilməlidirlər.”
Aynur İsmayılova bu gün cəmiyyətdə birmənalı qarşılanan yeniyetmələrin aqressiyasının aradan qaldırılmasını onların yeniyetmə olduqlarını qəbul etməkdə görür.
“Valideynlər və müəllimlər övladının yeniyetmə olduğunu qəbul etsə daha yaxşı olar. Onların hormonal disbalansı budur. Eyni zamanda yeniyetməlik özünü kəşf etmə, cəmiyyətə görə tanıma prinsiplərini göstərməkdir. Həm valideynlər, həm də onlara dərs deyən müəllimlər bunu qəbul edərlərsə məsələdə anlaşılma mümkün olur.
Yeniyetmə qəbul olunduğunu görsə hansısa rəftarlarıni düzəldər. Eyni zamanda psixoloqun müdaxiləsi yeniyetmə ilə valideyn qarşıdurmasının qarşısını almaq üçün ən gözəl həll yoludur”.
Şəbnəm Rəhimova
Gununsesi.info