Azərbaycan telekanalında yayımmlanan “Kimi tapdın sən?” verilişində maraqlı anlar yaşanıb.
Gununsesi.info xəbər verir ki, proqrama qonaq olan müğənni Arzu Rzayev gülünc vəziyyətə düşüb. Belə ki, sənətçi digər şou-biznes nümayəndlərinin geyimləri barədə danışaraq onları tənqid edib.
“Səhnəyə çıxarkən gərək müəyyən bir geyimdə olasan. Cırıq şalvarda, şortda nə bilim… Mənim aləmimdə bir kişi kimi, ifaçı kimi olmaz. Biz kişilərlə oturub-dururuq bizə yaraşmaz belə” – A.Rzayev bildirib.
Müğənninin bu çıxışından sonra maraqlı vəziyyət yaranıb. Aparıcılar ona iki qoz verərək ağzına qoymasını istəyib. Sənətçi onlarla razılaşıb və ağzında qoz ola-ola danışıb. Bu isə A.Rzayevi gülünc vəziyyətə salıb.
Gununsesi.info