Azərbaycan Tibb Universitetinin 57 əməkdaşı koronavirusa YOLUXDU

Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) 57 tibb işçisi koronavirusa yoluxub.

 

Gununsesi.org bildirir ki, bunu Modern.az-a açıqlamasında ATU-nun mətbuat katibi Günel Aslanova bildirib.

 

O qeyd edib ki, onlardan 33 nəfəri Tədris Cərrahiyyə Klinikasınının həkimidir.

 

Onun sözlərinə görə, həkimlərdən 6-sı sağalaraq evə buraxılıb: “27-sinin müalicəsi davam etdirilir. Hazırda müalicə alan həkimlərimizin 6-sının vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfəri isə yüngül vəziyyətdədir. Koronavirusa yoluxmuş həkimlərimiz öz klinikamızda elə öz həkimlərimiz tərəfindən müalicə olunur”.

 

“Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası”nda isə 24 tibb işçisi koronavirusa yoluxub:

 

“Onlara həkim, tibb bacısı, sanitar xidmət əməkdaşları daxildir. Onlardan artıq sağalıb iş başında olanlar da var, müalicəsi bitib evə göndərilən də. Bəzilərinin müalicəsi davam edir”.

Gununsesi.org