Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı

  • By admin
  • 01 Avqust 2021 14:32

Azərbaycan boksçusu Alfonso Dominges “Tokio-2020” Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Gununsesi.info xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz kubalı Arlen Lopeslə üz-üzə gəlib.

HTML tutorial

Rəqibinə məğlub olan Dominges olimpiadanın bürünc medalına layiq görülüb.

Qeyd edək ki, Alfonso Dominges 1/8 finalda özbəkistanlı Dilşodbek Ruzmetova, 1/4 finalda isə türkiyəli Bayram Malkana qalib gəlmişdi.