Gürcüstanda “Eternity-2017” kompüter dəstəkli komanda-qərargah təlimi baş çatıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, NATO-Gürcüstan Təlim və Qiymətləndirmə mərkəzində keçirilən təlimdə gürcü hərbçilərlə yanaşı Azərbaycan və Türkiyə hərbçiləri də iştirak edirdi.
Belə ki, təlimin bağlanış mərasimində Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının operativ planlaşdırma departamentinin rəhbəri, polkovnik İrakli Dzneladze və Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü iştirak ediblər.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd əsas ixrac boru kəmərlərinin mühafizəsinin gücləndirilməsində strateji əməkdaşlığın təmin olunmasıdır. Təlimdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin böhran vəziyyətlərdə mühafizəsi üçün əməliyyatların ssenarisi nəzərdən keçirilir.
Xatırladaq ki, “Eternity-2017” kompüter dəstəkli komanda-qərargah təliminə sentyabrın 25-də starat verilib.
Anar
Gununsesi.info