
Üç ölkənin nazirləri səviyyəsində ilk dəfə belə görüş keçirilir. Tarixi görüşə ev sahibliyi etməkdən məmnunluq duyuruq.
Gununsesi.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk toplantısında deyib.
“Avropa ilə Asiya arasında əlaqələrin inkişafı üçün bizim birgə işləməyimiz vacibdir. Eyni zamanda, qlobal təhlükəsizliyə qarşı artan təhdidlərə görə əməkdaşlıq lazımdır. Regionda nəqliyyat dəhlizlərinin daha da genişlənməsi məsələsi gündəmdədir. Azərbaycan-Türkiyə-Qazaxıstan qardaşlığı bu sahədə dünyaya nümunə olacaq”, – deyə XİN başçısı bildirib.
Qeyd edək ki, Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü başlayıb. Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirak edirlər.
Gununsesi.info