
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, görüşün vaxtı dəqiq bəlli olmasa da, hazırda İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşü istiqamətində danışıqlar davam edir və bu, diplomatik kanallar vasitəsi ilə həyata keçirilir:
“Görüşün baş tutması təkcə Azərbaycan və Türkiyədən asılı deyil. Bu prosesdə Rusiya da iştirak etdiyi üçün məsələ uzanır”.
Diplomat həmçinin Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin növbəti görüşü ilə bağlı məsələyə aydınlıq gətirərək bildirib ki, bu istiqamətdə də danışıqlar gedir.
Mürtəza
Gununsesi.info