Azərbaycan, Türkiyə və Gürcüstan dövlət başçılarının sammiti planlaşdırılır

  • By admin
  • 06 Sentyabr 2017 13:00

Azerbaycan turkiye gurcustan

Gələn il Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının sammiti keçirilə bilər.

Gununsesi.info xəbər verir ki, bunu  xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nazirlər görüş zamanı qərara gəlib ki, gələn il belə bir görüş keçirilsin.

Nazirlərin Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısının yekunu olaraq  “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanıb.

Nazirlər görüşün yekununa dair birgə Bəyannamə də imzalayıblar.

Mürtəza

Gununsesi.info