Azərbaycan, Türkiyə və KKTC arasında imzalar atıldı

  • By admin
  • 15 Noyabr 2023 08:44

Türkiyədən Ədalət və İnkişaf Partiyası (AK Parti), Azərbaycandan Yeni Azərbaycan Partiyası və Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC)  Milli Birlik Partiyasının (UBP) nümayəndələrinin iştirakı ilə ŞKTC ölkələri arasında “3 dövlət, bir millət” anlayışı ilə siyasi əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə əməkdaşlıq sazişi imzalayıb. 

Gununsesi.info xəbər verir ki, mərasimə KKTC Məclisinin sədri Zorlu Töre, Baş nazir Ünal Üstel, Baş nazirin müavini Fikri Ataoğlu, ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı, digər nazirlər, millət vəkilləri və rəsmilər, eləcə də hər 3 ölkədən siyasi partiyaların nümayəndə heyətləri qatılıb.

“Concorde” otelində keçirilən mərasimdə müqaviləni AK Partiya adından sədr müavini Efkan Ala, Yeni Azərbaycan Partiyası adından sədr müavini Tahir Budaqov, UBP adından isə sədr və baş nazir Ünal Üstel imzalayıb.

İmzalanma mərasimində çıxış edən Üstel tərəflər arasında əldə olunan razılaşmanın əhəmiyyətinə diqqət çəkərib. “Bu gün “3 dövlət, bir millət” devizinə uyğun olaraq, tərəflər arasında sevgi körpülərinin daha da möhkəmləndirilməsi və ölkələri arasında əməkdaşlığı daha da yüksək səviyyələrə çatdırmaq üçün tarixi, beynəlxalq və institusional saziş imzalanıb. Bu imzalarla “3 dövlət, bir millət” diskursumuz artıq beynəlxalq hüquqi müstəviyə keçib”, – deyə o bildirib.

AK Partiya sədr müavini Efkan Ala da KKTC-nin yaranmasının 40-cı ildönümünü səmimi diləkləri ilə təbrik edib, Türkiyə, Azərbaycan və KKTC-nin hakim partiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanmasından məmnunluğunu ifadə edib.

Dünyanın əməkdaşlığa ehtiyacı olduğunu vurğulayan Efkan Ala UBP və Yeni Azərbaycan Partiyası ilə əldə etdikləri razılaşmanın region ölkələrinin partiyalarına nümunə olmasını arzulayıb.

Budaqov isə KKTC-nin Azərbaycan və Türkiyənin dəstəyi ilə Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv kimi yerini aldığını bildirib və KKTC-nin beynəlxalq arenada daha çox tanınması üçün lazımi səyləri göstərəcəklərini vurğulayıb.

KKTC-nin bütün hiylə və maneələrə baxmayaraq Türkiyənin dəstəyi ilə yoluna davam etməsinin əhəmiyyətinə diqqət çəkən Budaqov, TDT vasitəsilə KKTC ilə türk dünyası arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.

Gununsesi.info