Azərbaycan, Türkiyə və Pakistan XTQ-nin təlimi keçiriləcək

  • By admin
  • 26 İyun 2021 12:46

Bu ilin sentyabrında Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin hərbi təlimi keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu haqda Müdafiə naziri Zakir Həsənov Real TV-yə müsahibəsində məluimat verib.

O qeyd edib ki, təlinm Azərbaycanda Prezident İlham Əliyevin tapşırığı ilə keçiriləcək: “Bilirsiniz ki, Pakistanın dağlarda döyüş təcrübəsi yüksəkdir. Biz Pakistanın bu sahədəki təcrübəsini öyrənmək istəyirik. Biz bu təlimə hazırlıqları başlamışıq. Hazırda ekspert qrupları Azərbaycandadır. Təlim alanını yoxlayır”.

Gununsesi.info