Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin görüşü TƏXİRƏ SALINDI

Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin bu ay planlaşdırılan zirvə görüşü təxirə salınıb.

Gununsesi.info Türkmənistan KİV-nə istinadən xəbər verir ki, görüş Türkiyədəki meşə yanğınları səbəbi ilə təxirə salınıb.

HTML tutorial

Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün türkmənistanlı həmkarı Qurbanqulu Berdıməhəmmədovla telefon danışığı zamanı görüşü təxirə salmağı təklif edib.

Berdiməhəmmədov Ərdoğanın istəyini anlayışla qəbul edib.

Berdıməhəmmədov Türkiyədə meşə yanğınlarında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, Türkiyə xalqına dəstəyini ifadə edib.