Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

17 İyul 2017 - 09:52

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşü olacaq

95fb00c7-2d5d-4c61-a274-c7a9c2de2939_292

Bu ilin sonuna qədər Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşü olacaq. 

Gununsesi.info “Sputnik”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun görüşündən əvvəl üç ölkənin energetika və xarici işlər nazirlərinin görüşləri baş tutacaq. Nazirlər dövlət başçılarının sammitində müzakirə olunacaq sənədləri və digər məsələləri geniş formada nəzərdən keçirəcəklər.

Xatırladaq ki, üç ölkə liderinin iştirak edəcəyi zirvə toplantısının 2016-cı oktyabrında keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan bu görüş ləğv olunub. Daha sonra görüşün Türkiyədə keçirilməsi gözlənilirdi, amma ötən ilin iyul ayında bu ölkədə dövlət çevrilişi cəhdi səbəbindən təxirə salınıb.

Gununsesi.info





loading...