Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov Azərbaycanın energetika naziri Natiq Əliyevin qırx mərasimində iştirak ediblər.
Gununsesi.info-nun məlumatına görə, tədbir Heydər məscidinin mərasim evində keçirilib.
Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.
Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsiliumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb.
O, İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib. O, iyunun 10-da II Fəxri xiyabanda torpağa tapşırılıb.
Gununsesi.info