Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının vaxtı açıqlandı

  • By admin
  • 22 Fevral 2017 13:12

erkan_ozoral

 

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclası bu il Azərbaycanda keçiriləcək.
 
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə,  hələlik Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək növbəti iclası dəqiq tarixi müəyyənləşməyib.  “Hazırda bu iclasın vaxtının müəyyənləşməsi istiqamətində işlər gedir”- deyə, səfir bildirib.
Mürtəza
Gununsesi.info