“Azərbaycan- Ukrayna münasibətlərinə yeni dinamizm vermək lazımdır…” - Əli Məsimli

  • By admin
  • 14 İyul 2016 17:10

eli-mesimli

 

“Azərbaycan-Ukrayna əlaqələrinin xalqlarımız arasında daim dostluq münasibətlərinin inkişaf etdirilməsinə xidmət edən böyük tarixi var. Azərbaycan və Ukrayna bir-biriləri üçün xüsusi önəm daşıyan dost ölkələrdir. Azərbaycanla Ukrayna yeni müstəqil dövlətlər kimi dünya arenasına çıxdıqdan sonra da bu münüsibətləri yeni situasiyaya uyğun qarşılıqlı faydalılıq prinsipi əsasında inkişaf etdirməkdən ötrü əksər sahələr üzrə mühüm maqavilələr bağlayıb və zəruri hüquqi baza yaradılıb. Postsovet məkanının mühüm ölkələri kimi Azərbaycanla Ukrayna arasında münasibətlər strateji partnyorluq səviyyəsindədir”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Əli Məsimli dilə gətirib. Onun sözlərinə görə, Azərbaycanla Ukrayna fikirdə, sözdə və işdə qarşılıqlı surətdə bir-birinin ərazi bötövlüyünü dəstəkləyir və müdafiə edirlər. O, deyib ki,  dövlət başçılarının qarşlıqlı səfərləri və bundan sonra digər dövlət adamlarının da görüşləri, birgə komissiya və sair strukturların çalışmaları həmin münasibətlərin inkişafına müsbət dinamizm verir. Millət vəkilinin dediyinə görə, Azərbaycanla Ukrayna arasında münasibətlər hər iki ölkənin Parlament əlaqələri,GUAM və digər qurumlar çərçivəsində də uğurla inkişaf edir.Bu əsasda Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfəri ən yüksək səviyyəli münasibətlər qəbilindən olan və çox mühüm əhəmiyyət kəsb edən səfərdir.
“Son illər bir sıra obyektiv və subyektiv səbəblərdən,o cümlədən Ukraynada baş verən olayların onun iqtisadiyyatına və xarici iqtisadi əlaqələrinə təsiri, eləcə də neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və devalvasiyalardan doğan problemlər iki ölkənin xarici ticarət əlaqələrinə təsirsiz ötüşməyib. Son 5 ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 4,4 dəfə azalaraq 2011-ci ildəki 1467 milyon dollardan 2015-ci ildə 333 milyon dollara enib.Bununla belə Azərbaycanla xarici ticarət dövriyyəsinə görə Ukrayna 2-ci olmuşdur.Ukrayna Azərbaycana daha çox metallurgiya, aqrar-sənaye və kimya sənayesi məhsulları,Azərbaycan isə Ukraynaya yanacaq-eneryi, aqrar-sənaye və qismən də kimya sənayesi məhsulları ixrac edir. İki ölkə arasında enerji sahsində əməkdaşlıq daha dinamik inkişaf edir.Ümumiyytlə Azərbaycanda Ukrayna kapitalının iştirakı ilə 100-dən artıq müəssisə və təşkilat qeydiyyatdadır. Bununla belə iki ölkə arasındakı qarşılıqlı sərmayə qoyuluşları potensial imkanlardan xeyli aşağıdır.2014-cü ilin statistikasına əsasən Azərbaycanın Ukrayna iqtisadiyyatına yönəltdiyi sərmayələr,Ukraynanın Azərbaycan iqtisadiyyatına yönəltdiyi sərmayədən 73 dəfə çox olsa da, söhbət cəmi 220 milyon dollardan getdiyindən, bu,hər iki ölkənin potensial imkanları fonunda simvolik xarakter daşıyır.
Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana səfəri zamanı Azərbaycan ilə Ukrayna arasında münasibətlərin perspektivləri, o cümlədən iqtisadi əməkdaşlığının genişləndirilməsi məsələləri geniş müzakirə olundu.Prezidentlərin təkbətək və digər görüşlər zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olundu və müvafiq istiqamətlər üzrə çox zəruri müəyyənləşmələr oldu.Görüşlər zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Bununla belə xüsusi vurğulandı ki, Azərbaycanla Ukrayna arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün həm münbit şərait, həm də yetərincə potensial var.Bu baxımdan Poroşenkonun Azərbaycana səfəri zamanı Azərbaycan Ukrayna əməkdaşlığının genişləndirilməsinin perspektivlərini və əsas istiqamətlərinı xeyli dəqiqləşdirildi.Bunların arasında ”Odessa-Brodi” layihsini reallaşdırmaqla həm Azərbaycan-Ukrayna münasibətlərini yeni mərhələyə daşımaq və həm də Azərbaycan neftinin Ukrayna üzərindən Avropa bazarlarına tranzitini təmin etmək hər iki ölknin və Avropanın maraqlarıan cavab verir. Bundan əlavə Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfəri Azərbaycanın Ukraynanın neft-qaz sektoruna investisiyalar yatırılması kimi cox perspektivli bir işə yaşıq işıq yandırıldı….Azərbaycanın bu şansdan və onun multiplikativ effeklərindən yaranacaq şanslardan maksimum istifadə etməsi məqsədəuyğun olar. Bir sözlə, Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana səfərinin əsas məqsədi Azərbaycan ilə Ukrayna arasında münasibətlərin o cümlədən iqtisadi əməkdaşlığının genişləndirilməsində əsas istiqamətlər üzrə qarşılıqlı iqtisadi fəaliyyətin prioritetlərini müəyyən etmək, ticari-iqtisadi əməkdaşlıq göstəricilərini yaxşılaşdırmaq və qarşılıqlı biznesi inkişaf etdirmək üçün əlavə tədbirlər görməkdir. Bu işdə dövlət-hakimiyyət qurumları ilə yanaşı hər iki ölkənin iş adamlarının,biznesmenlərinin fəallığı və perspektivli layihələrin birgə icrasına girişmsi tələb olunur. Sözügedən tədbirlərin qarşılıqlı faydalılıq prinsipi əsasında həyat keçirilməsi həm Azərbaycan Ukrayna münasibətlərinə yeni dinamizm vermiş olar, həm də GUAM xətti ilə yaradılmasına başlanılan Azad Ticarət Zonasının reallaşdırılması vasitəsilə bölgə ölkələri arasında tranzit və nəqliyyat xəttlərini daha effektiv şəkildə hərəkətə gətirməklə GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) fəallaşmasına kömək etmiş olar… Eyni zamanda, Azərbaycan-Ukrayna əlaqələrinin hərtərfli inkişafı hazırda həyata keçirilən nəhəng nəqliyyat dəhlizi layihəsinin davamı və mühüm tərkib hissəsi kimi Xəzər dənizi-Qara dəniz–Baltik dənizi nəqliyyat dəhlizinin yaradılması Xəzər, Qara və Baltik dənizi regionları ölkələrinin optimal inkişaf və əməkdaşlıq modelinın formalaşması və reallaşmasına və deməli həmin ölkələrin daha da yaxınlaşmasına, Avropa ilə inteqrasiyanı yeni keyfiyyət halına gətirilib daha əhatəli birgə fayda götürülməsinə böyük töhfə olar”-deyə, o, daha sonra sözlərinə əlavə edib.

Gununsesi.info