Azərbaycan Ukraynadan ət idxalını 3 dəfə artırıb

  • By admin
  • 05 Mart 2018 09:06

2017-ci ildə Ukraynadan Azərbaycana ət ixracı 2,7 dəfə artaraq 37,8 milyon dollar təşkil edib. Gununsesi.info bildirir ki, bu barədə Aqrar İqtisadiyyat İnstitutunun Milli Elmi Mərkəzinin direktoru Nikolay Puqaçyov bildirib.

Qeyd olunub ki, hesabat dövründəAzərbaycan Ukraynadan bu məhsulun əsas 5 idxalçısından biri olub.

İlk 5-likdə eyni zamanda Hollandiya (80,5 milyon dollar), Misir (69,4 milyon dollar), İraq (51,2 milyon dollar) və Belarus (49,6 milyon dollar) yer alıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Ukrayna ilə ticarət dövriyyəsi 810 milyon dollar təşkil edib. Bunun böyük hissəsi – 460 milyon dolları Ukrayna məhsullarının Azərbaycana idxalının payına düşüb.