Bu gün Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında Azərbaycan 2025–2029-cu illər üçün “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənildiyi hallarda onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial platformada paylaşım edib.












