Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib

  • By admin
  • 20 İyul 2017 09:00

avropaazerbaycan

Brusseldə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib.

XİN-dən Gununsesi.info-ya verilən məlumata görə, sazişin siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunmuş bu danışıqlarda tərəflər arasında məhsuldar fikir mübadiləsi aparılıb.

Danışıqların növbəti raundunun görüşlər, eləcə də video konfranslar vasitəsilə davam etdirilməsi razılaşdırılıb.

Gununsesi.info