Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

  • By admin
  • 31 Avqust 2017 12:50

0fa376a15119ccefd52bcca6fc588395

Avqustun 30-da Berlin şəhərində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

MN-dən Gununsesi.info-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Gununsesi.info