Azərbaycan və Almaniya XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

  • By ilhame
  • 04 Noyabr 2023 20:40

“İkitərəfli görüşümüzdə regiondakı vəziyyətlə bağlı müzakirələr apardıq”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Almaniya şirkətləri Azərbaycana 810 milyon ABŞ dolları həcmində investisiya qoyub:

“Almaniyalı həmkarıma son 3 il ərzində Ermənistanla ölkəmiz arasında sərhədlərin delimitasiyası və digər məsələlərlə bağlı ətraflı məlumat verdim”.

Gununsesi.info