Gürcüstan sülh naminə dialoqu təşviq etmək məqsədilə Azərbaycan və Ermənistan parlamentləri üzvlərinin Tiflisdə görüşünü təşkil etməyə hazırdır.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyasının iclasında deyib.
“Sülh dialoqunun təşviqi məqsədilə azərbaycanlı və erməni həmkarlamızı Tiflisdə qəbul etməyə hazırıq”, – N.Samxaradze söyləyib.
Gununsesi.info