Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq baş tutub

  • By admin
  • 16 Fevral 2017 15:12

osce-monitoring-3-620x300

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan və Ermənistanın dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçiriblər.

Gununsesi.info