Azərbaycan və Ermənistan liderlərinin Münxendə keçirilmiş ikitərəfli görüşündə müzakirə olunan məsələlər məlum olub.
Gununsesi.info bildirir ki, görüşdə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya məsələləri müzakirə edilib.
Qeyd edək ki, fevralın 17-də Münhendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kansler Olaf Şolz arasında görüş keçirilib.
Daha sonra Olaf Şolsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolz və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birgə görüşü keçirilib.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş olub.
Gununsesi.info