Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başladı

Moskvada Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilir.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın XİN rəhbəri Sergey Lavrov həmkarları ilə üçtərəfli görüşün yekunlarına dair danışarkən açıqlayıb.

HTML tutorial

Onun sözlərinə görə, ümumilikdə Rusiyanın vəzifəsi ikitərəfli görüşün keçirilməsi üçün platformanın təqdim edilməsindən ibarətdir.