Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almaniya paytaxtı Berlində görüşəcək.
Bu barədə məlumat Gununsesi.info-ya diplomatik mənbələrdən daxil olub.
Məlumatda bildirilir ki, fevralın 28-də baş tutacaq görüş 2 gün davam edəcək.
Görüş zamanı Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla iki ölkə arasındakı sülh sazişi ətrafında müzakirə aparacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan görüşüb.
Afət
Gununsesi.info