Azərbaycan və Ermənistanın XİN rəhbərləri vasitəçisiz danışdı

  • By admin
  • 11 Aprel 2022 19:34

Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşmağa davam edir.
Bu gün Ermənistanla Azərbaycan xarici işlər nazirləri arasında vasitəçisiz telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, onlar İlham Əliyev və Nikol Paşinyan arasında əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Vasitəçisiz baş tutan telefon danışığını ölkələr arasında tarixi hadisə hesab etmək olar.