Azərbaycan və İran anlaşdı

  • By admin
  • 27 Dekabr 2016 17:29

57d979e3751b7

Azərbaycan Sahibkarlar (işəgötürənlər) Konfederasiyası (ASK) və İran Ticarət, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatası anlaşma memorandumu imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, sənəd Bakıda bu gün keçirilən Azərbaycan-İran biznes forumu zamanı imzalanıb.

Biznes forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev İran – Azərbaycan iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu deyib.

Nazir deyib: “Bu ilin 11 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 60 faiz artıb. Bu, yaxşı göstəricidir.”

Biznes forumda müxtəlif sahələri təmsil edən 200-dən artıq sahibkar iştirak edib.

Gununsesi.info