Azərbaycan və İran arasında maliyyə əməliyyatlarının milli valyutalarla həyata keçirilməsi müzakirə edilib

  • By admin
  • 01 Noyabr 2017 16:58

Prezidentlər Azərbaycan və İran maliyyə əməliyyatlarının milli valyutalarla həyata keçirilməsini müzakirə ediblər.

Gununsesi.info “mehr”ə istinadən xəbər verir ki, bu gün Azərbaycan və İran prezidentləri arasında keçirilən görüşdə regionlararası əməkdaşlıq, bölgədəki durum və təhlükəsizlik məsələləri müzakirə olunub.

İran prezidenti Həsən Ruhani deyib ki, iki ölkə arasında ticari və iqtisadi əlaqələr ən yüksək səviyyədədir: “Hər iki tərəfin ehtiyaclarını ödəmək üçün daha geniş imkanlar var və biz bu potensialdan istifadə etməliyik”.

İran prezidenti iki ölkə arasında ticari və iqtisadi əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə bank sektoru arasındakı problemlərin də  aradan qaldırılmasını, gömrük keçid məntəqlərində gediş-gəlişin daha da asanlaşdırılmasınının zəruriliyini vurğulayıb.

Azərbaycan və İran arasında ticarətin milli valyutalara uyğun şəkildə keçirilməsini qeyd edən H.Ruhani enerji, dəmiryol yük daşıması, kənd təsərrüfatı, sənaye, neft , təbi qaz məsələsində də birgə fəaliyyətin davam etdirilməsinin zəruriliyini dilə gətirib.

Yaxın Şərqdəki vəziyyətə  toxunan Ruhani bildirib ki, diplomatik və siyasi yolla Suriya və Yəməndəki sabitliyin və təhlükəsizliyin yaradılmasına nail olmalıyıq.

Azərbaycan prezidenti İlham Əliyev isə öz növbəsində, iki ölkə arasında mövcud əlaqələrin dinamik şəkildə inkişaf etdiyini ifadə edib.

İ.Əliyev İranın Azərbaycan-İran-Rusiya prezidentlərinin Zirvə görüşünə ev sahibliyi etdiyini təqdir edərək bildirib ki, bu üçtərəfli münasibətlərin inkişaf etməsi nəticəsində “Şimal-Cənub” nəqliyyat dəhlizində yükdaşıma sahəsində birgə fəaliyyətimiz əlaqələrin daha da irəliyə getməsinə imkan yaradacaq.

Azərbaycan prezidenti eyni zamanda, iki ölkə arasında əczaçılıq, avtomobil istehsalı sahəsindəki əlaqələrə də toxunaraq deyib ki, biz ölkələrimiz arasında sərmayə yatrımı sahəsində əməkdaşlığımız inkişaf etdirməliyik.

Gununsesi.info