Azərbaycan və İran arasında razılaşma əldə OLUNDU

Azərbaycan və İran arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisinin dvam etdirilməsi və istismarı haqqında razılaşma əldə olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın Energetika Nazirliyi məlumat yayıb.

HTML tutorial

Məlumata görə, İran və Azərbaycan arasında yaxşı qonşuluq və birgə əməkdaşlıqlara əsasən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi üzrə birgə işçi qrupunun iclası İranın Şərqi Azərbaycan vilayətinin Xudafərin rayonunda keçirilib.

Məlumatda qeyd olunur ki, iclasda Azərbaycan və İranın energetika nazirlərinin müavinləri və digər əlaqədar rəsmilər iştirak ediblər.

Gununsesi.info