Azərbaycan və İran arasında turizmin inkişaf etdirilməsinə dair əməkdaşlıq sazişi imzalanıb.
Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, Tehranda Azərbaycan və İran arasında ikinci turizm konfransı keçirilib.
İki ölkənin rəsmiləri və səfirlərin iştirakı ilə keçirilən konfrans çərçivəsində ölkələr arasında turizmin inkişafına dair əməkdaşlıq sazişi imzalanıb.
İki ölkənin tur şirkətləri tərəfindən imzalanan sazişdə tərəflər turistlərə xidmət sahəsində öhdəlik götürüb. Sazişdə iki ölkə arasında müalicə turlarının təşkili də əksini tapıb.
Gununsesi.org