Azərbaycan və İran rəsmiləri GÖRÜŞƏCƏK

  • By admin
  • 09 İyul 2023 13:04

Yaxın günlərdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, görüş İranın Astara şəhərində keçiriləcək: “Bir sıra məsələlər, o cümlədən nəqliyyat, su resurslarının birgə istifadəsi ilə bağlı danışıqlar aparılacaq”.

Gununsesi.info