Azərbaycan və İranın birgə istehsal etdiyi avtomobilin ilk nümunəsi - FOTOLAR

  • By admin
  • 05 Aprel 2018 15:12

Neftçala sənaye zonasında yerləşən “Xəzər” Azərbaycan-İran birgə avtomobil zavodunda ilk avtomobillərin istehsalına başlanılıb.

Gununsesi.info trendə istinadən xəbər verir ki, zavodda “Dena”, “Rana”, “Soren”, “Samand” markalı avtomobillər, eləcə də “Peugeot”un bir sira modelləri istehsal ediləcək.

Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir.

Gununsesi.info