
Futbol üzrə Azərbaycan və Makedoniya milli komandalarının yoldaşlıq görüşü üçün heyətləri açıqlanıb.
Gununsesi.info-nun məlumatına görə, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq oyuna komandalar aşağıdakı “11-lik”lə çıxacaqlar:
AZƏRBAYCAN: Kamran Ağayev, Ürfan Abbasov, Ruslan Abışov, Maksim Medvedev, Tural Axundov, Namiq Ələskərov, Dmitri Nazarov, Araz Abdullayev, Amil Yunanov
MAKEDONİYA: Stole Dimitrievski, Stefan Ristovski, Kire Ristevski, Darko Velkovski, Visar Musliu, Boban Nikolov, Enis Bardi, Maryan Radeski, İvan Triçkovski, Aleksandar Traykovski, Qoran Pandev
Qeyd edək ki, Azərbaycan – Makedoniya matçı Türkiyənin Antalya bölgəsindəki “Mardan” stadionunda keçiriləcək.
Gununsesi.info