Azərbaycan və Rusiya arasında əlaqələr genişlənir: 3 sahə üzrə sənəd imzalandı

  • By arzu
  • 09 Dekabr 2019

Azərbaycan və Rusiya arasında bir sıra sənədlər imzalanıb.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, iki ölkə arasında Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasının protokolu, 2020-2022-ci illər üzrə aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq proqramı və 2020-2022-ci illər üzrə turizm sahəsində əməkdaşlıq proqramı sənədləri imzalanıb.

Sənədləri Azərbaycan tərəfindən Baş Nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev və İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin imzalayıblar.

Gununsesi.org