
Azərbaycan və Rusiya İşgüzar Şurası bu lilin sonunadək bir neçə müştərək layihənin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər. Gununsesi.info-nun məlumatına görə, bu haqda Bakıda Rusiya-Azərbaycan İşgüzar Şurasının Rusiya nümayəndəsi Pyotr Fradkov mediaya açıqlamasında deyib. O bildirib ki, bu layihələr əsasən neft-qaz sektoru, kənd təsərrüfatı, maşınqayırma sahələrini əhatə edəcək. P.Fradkov: “Bu gün hər iki ölkədə kənd təsərrüfatı sahəsinə olduqca böyük maraq var. Dəmiryolu və kənd təsərrüfatı maşınqayırmasına da böyük maraq mövcuddur”-, deyə bəyan edib. Gülnaz Qənbərli Gununsesi.info Şahin Mustafayev: “Potensialımız daha çoxdur” Azərbaycan-Rusiya İşgüzar Şurası iki dövlət başçısının tapşırığı ilə yaradılıb. Gununsesi.info-nun məlumatına görə, bu haqda iqtisadiyyat naziri Şahin Mustafayev ətbuata açıqlamasındə bəyan edib. Onun sözlərinə görə, İşgüzar Şuranın əsas məqsədi, məhz, Azərbaycana investisiyaların təşviq olunması, Azərbaycanın ixrac potensialının artırılması və Rusiya bazarının bizim üçün əhəmiyyətli olduğunu nəzərə alaraq bu istiqamətdə Azərbaycan məhsullarının ixracını artırmaqdır. Eyni zamanda, şuranın vəzifələrinə birgə investisiyaların təşviqi də aiddir. Şuranın məqsədi haqqında bilgi verən nazir qeyd edib ki, Azərbaycan və Rusiya iqtisadi, o cümlədən işgüzar dairələrin əlaqələrinin daha da genişləndirilməsi və sürətləndirilməsi məqsədi ilə yaradılıb: “Azərbaycan və Rusiyanın əlaqələri uğurla inkişaf edir. Bizim ölkələr strateji səviyyədə tərəfdaşlıq edirlər. İqtisadi sahədə bizim əlaqələr çox uğurludur. Qarşılıqlı investisiyaların həcmi ilbəil artır”. Nazir daha sonra qeyd edib ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilin 6 ayında ticarət dövriyyəsinin həcmi bir qədər aşağı düşüb. O xüsusi ilə vurğulayıb ki, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı artıb: “Belə ki, bu ilin altı ayı ərzində meyvə-tərəvəz ixracı 45 faiz artıb. Bu, bizi sevindirir. Amma bizim potensialımız daha çoxdur”-, deyə o bildirib. Bu cür biznes forumlar və işgüzar görüşlərin keçirməkdə məqsədin Azərbaycandan Rusiyaya ixrac edilən məhsulların həcmini artırmaq olduğunu deyən Ş.Mustafayev qeyd edib ki, eyni zamanda, xüsusilə qeyri-neft sektoruna investisiyalar cəlb etmək niyyətimiz var. Ş. Mustafayev qeyd edib ki, şura bu istiqamətlər üzrə çox effektiv fəaliyyət göstərəcək. Gülnaz Qənbərli Gununsesi.info Həll olunmamış münaqişələr regional əməkdaşlıq üçün böyük maneədir Rusiya, Azərbaycan və İran biznes, mədəniyyət və turizm sahəsində üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirmək qərarına qəliblər. Onlar üç ölkənin vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Gununsesi.info-nun məlumatına görə, bu haqda Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda bu gün keçiriləcək üçtərəfli görüşünün yekunlarına dair Bəyannamə layihəsində qeyd edilib. Bəyannamədə qeyd edilib ki, Rusiya, İran və Azərbaycan beynəlxalq ictimaiyyəti terrorizm və narkotik qaçaqmalçılığına qarşı apardıqları mübarizəyə qoşulmağa çağırır: “Tərəflər terrorizm, ekstremizm, sərhədyanı cinayətkarlıq, qeyri-qanuni silah alveri, narkotik qaçaqmalçılığı, insan alveri və İKT sahəsində cinayətkarlığa qarşı mübarizə aparmaq niyyətindədir. Onlar BMT-nin koordinatorluğu ilə beynəlxalq sabitlik və təhlükəsizlik üçün bu çağırışların və təhdidlərin effektiv həlli üçün səylərinə qoşulmağa çağırırlar”, – deyə sənəddə bildirilir. Daha sonra bildirilir ki, tərəflər terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmlə effektiv mübarizə üçün tədbirlərin hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə ikitərəfli və üçtərəfli məsləhətləşmələrin aparılmasının vacibliyini önə çəkirlər. Tərəflər etiraf edirlər ki, regionda həll olunmamış münaqişələr regional əməkdaşlıq üçün böyük maneədir. Bununla əlaqədar olaraq, onlar bu münaqişələrin danışıqlar və beynəlxalq hüquq normaları müstəvisi əsasında tezliklə həllinin vacibliyini ildirirlər. Gülnaz Qənbərli Gununsesi.info