Azərbaycan və Səudiyyə Ərəbistanı qısamüddətli vizadan qarşılıqlı azad edilib

  • By Günel
  • 13 Dekabr 2024 16:49

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik və xidməti pasport sahiblərini qısamüddətli vizadan qarşılıqlı azad edib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu” sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.

Gununsesi.info