Azərbaycan və Sloveniya XİN rəhbərləri görüşüb

  • By Günel
  • 05 Dekabr 2024 21:08

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri Tanya Fajon ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN-in “X” platformasındakı paylaşımında bildirilib.

Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

İqtisadiyyat, ticarət və enerji sahələrində mövcud əməkdaşlıq potensialı diqqətə çatdırılıb və mövcud imkanlardan yararlanmaq üçün mövcud əlaqələri daha yüksək səviyyəyə qaldırmaq məqsədilə siyasi dialoqun davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Sloveniyanın xarici işlər nazirinə münaqişədən sonrakı regional vəziyyət və reallıqlar barədə də məlumat verilib.

Gununsesi.info