
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman Polşadakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşüb.
Bu barədə Gununsesi.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilib.
Zəfər bayramı münasibətilə Türkiyənin Polşadakı səfirliyində təşkil olunmuş tədbir çərçivəsində TBMM sədri İsmayıl Qəhrəman Azərbaycan diaspor təşkilatının üzvləri ilə görüşüb.
Görüş zamanı TBMM-in sədri Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq münasibətlərindən, eləcə də hər iki diasporun birgə fəaliyyətinin vacibliyindən danışıb. O bildirib ki, Polşada və digər ölkələrdəki Azərbaycan və türk diasporu əməkdaşlığı gücləndirməli, inkişaf üçün birlikdə addımlamalıdır.
Polşada Azərbaycanlı diaspor təşkialtının üzvləri bu ölkədəki türk diasporu ilə uğurlu işbirliyindən söz açıblar. Görüşdə Yunus Əmrə İnstitutu, Polşa Türk Dərnəkləri Federasiyası ilə birgə keçirilmiş tədbirlər barədə qısa məlumat verilib. Qeyd olunub ki, Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı haqsız qərarının digər ölkələrdə də təkrarlanmaması üçün iki qardaş xalqın diasporu birgə səyləri artırmalı və məqsədyönlü fəaliyyət göstərməlidir.
Gununsesi.info