Azərbaycan və Türkiyə iqtisadiyyatı daha da güclənəcək

  • By admin
  • 30 Aprel 2021 11:05

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor, BMT-in “Sülh Səfiri” Əvəz Ələkbərov Modern.az-ın suallarını cavablandırıb.

Əvəz müəllim, ABŞ Prezidenti C.Baydenin soyqırımla bağlı ifadəsinin işlətməsi barədə sizin də fikirlərinizi eşitmək istərdik. Səslənən fikirləri necə qiymətləndirirsiniz?

Bu ABŞ vətəndaşlarının fikri deyil. Böyük siyasətçi belə bir ifadə işlətməli deyildi. Bu ABŞ dövlətçilik imicinə bir zərbədir. Kiminsə xahişi ilə emosiyalara qapanıb belə addım atmaq tarixi səhvdir.

Sizcə Türkiyə və Azərbaycan hansı addımlar atmalıdırlar?

Türkiyə və Azərbaycanın güclənməsini qəbul edə bilməyən qüvvələr var. Onlar dərin düşünsələr bilməlidirlər ki, bu prosesin qarşısını almaq mümkün deyil. Zənimcə bu iki ölkə ölçüb-biçib 300 milyonluq Türk dünyası ilə birgə addımlar atmalıdır. Diaspor təşkilatları daha aktiv çalışmalıdırlar. İqtisadiyyatın daha da güclənməsinə nail olmalı, hərbi güclər artmalıdır. ABŞ Prezidentləri gəldi-gedərdilər. Amma Büyük Türk dünyası daimidir. Yeri gəlmişkən Co Bayden bu sözünə görə reytingini xeyli itirəcəkdir.

Azərbaycanın və Türkiyənin iqtisadi inkişafı ilə bağlı fikriniz?

Ümumilli lider Heydər Əliyevin dediyi kimi “Bir millət iki dövlət” olaraq iqtisadiyyata daha çox önəm vermək lazımdır. Çoxlu pozitiv gözləntilərimiz var, Pandemiya aradan çıxsa gözəl işlər olacaq. Yeni iri hədəflərə nail olacağıq, Azərbaycan və Türkiyə iqtisadiyyatı daha da güclənəcək, bütün sahələrdə inkişafa nail olacağıq, qələbələrimiz gündən-günə artacaqdır.