Azərbaycan və Türkiyənin Fransadakı səfirləri arasında görüş olub

  • By ilhame
  • 18 Sentyabr 2023 21:49

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisə təyin olunmuş yeni səfiri Yunus Demirer ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə L.Abdullayeva “X” səhifəsində paylaşım edib.

Görüş Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub.

Səfir türkiyəli həmkarına diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 

Gununsesi.info