Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edildi

  • By admin
  • 04 Sentyabr 2023 16:48

Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib.

Gununsesi.info -nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, tanınmış jurnalist İsmayıl Nəsibli Kollegiyanın mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Onun son iş yeri “Report” İnformasiya Agentliyi olub. Jurnalist həmin Agentlikdə redaktor vəzifəsində işləyib.

 

Gununsesi.info