Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir.
Gununsesi.info “Report”-a istinadən xəbər verir ki, Serbiyaya səfər edən Azərbaycan vətəndaşları üçün viza rejimi iyunun 2-də ləğv ediləcək.
Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç ötən həftə Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.