Azərbaycan vətəndaşlarının BƏƏ-yə girişinə qadağa qoyulub? - XİN-dən açıqlama

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aidiyyəti qurumları tərəfindən Azərbaycan vətəndaşları üçün giriş vizasının rəsmiləşdirilməsinə məhdudiyyətlər tətbiq edildiyi, vətəndaşlarımıza ölkəyə giriş qadağaları qoyulduğu barədə xəbərlər yayılıb. 

XİN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu yayılan xəbərlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti üzrə ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi, Dubay şəhərindəki Baş Konsulluğu, eləcə də BƏƏ-nin Azərbaycanda səfirliyinə müvafiq sorğu göndərib.

HTML tutorial

“Daxil olmuş məlumata əsasən, Azərbaycan vətəndaşlarına Birləşmiş Ərəb Əmirlikləri tərəfindən kütləvi şəkildə giriş vizasının rəsmiləşdirilməsində çətinliklər yaradıldığı, vətəndaşlarımıza giriş qadağaları qoyulduğu barədə xəbərlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, biznesmen Xəyyam Səfərlinin Dubay hava limanında saxlanılması ilə bağlı xəbər yayılıb. Qeyd olunub ki, X.Səfərli hər hansı səbəb olmadan saxlanılıb, onun iş vizası isə ləğv olunub. Sözügedən ölkədə yüzlərlə Azərbaycan vətəndaşına qarşı eyni addımlar atıldığı iddia olunurdu.

Gununsesi.info