Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə biləcəyi tarix açıqlanıb

Türkiyə və Azərbaycan arasında yeni tip şəxsiyyət vəsiqələri ilə səfərlərin başlanacağı tarix açıqlanıb.

Gununsesi.info-nun məlumatına görə, Türkiyənin Baş Polis İdarəsindən bildirilib ki, bununla bağlı qərar aprelin 1-də qüvvəyə minəcək.

HTML tutorial

“İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır… İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb”, – qurumdan bildirilib.

Gununsesi.info