Azərbaycan voleybolunda I Liqa yarışlarına da start verildi

Bu gün kişi voleybolçular arasında 2021/22-ci il mövsümü üzrə I liqa yarışlarına start verilib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın I tur oyunları “Murov” voleybol klubunun idman zalında təşkil olunub. Birincilikdə 10 klub “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” mübarizəyə qoşulub.

HTML tutorial

I liqanın açılış matçında “Həvəskarlar” “Təhsil” komandası ilə qarşılaşıb. Görüş “Təhsil” komandasının qələbəsi ilə başa çatıb. Ardınca “Əlincə” və “Taleh A.T” komandaları üz-üzə gəlib. Matçda birincilər 3 xala seviniblər.

“Masallı”nın “Ryuqa”ya tay-brekdə qalib gəldiyi gündə, “Azərbaycan Ali Hərbi Məktəbi” “Aura”nı quru hesabla məğlub edib.

Qeyd edək ki, I liqa yarışlarında komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Ardınca I Liqanın pley-off mərhələsi keçiriləcək.

A qrupu : “Murov” (gənclər), “Əlincə”, “Təhsil”, “Həvəskarlar”, “Taleh-A.T”

B qrupu : “Masallı”, “Veteranlar”, “Ryuqa”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Aura”

26.12.2021
I DÖVRƏ

“Həvəskarlar” – “Təhsil” 0:3 (16:25, 10:25, 23:25)
“Əlincə” – “Taleh A.T” 3:0 (25:20, 25:23, 25:19)
“Ryuqa” – “Masallı” 2:3 (25:20, 17:25, 25:23, 18:25, 14:16)
“Azərbaycan Ali Hərbi Məktəbi” – “Aura” 3:0 (25:9, 25:7, 25:15)

Gununsesi.info