
Almaniya Federativ Respublikasının Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti də iştirak edir.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə “Azərxalça” bu sərgiyə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri- İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb. İk dəfədir ki, Hannover sərgisində iştirak edən “Azərxalça”nın məhsullarını sərgi iştirakçıları böyük maraq və heyranlıqla qarşılayıblar.Hannover sərgisində “Azərxalça” ASC-ni sədr müavini Orxan Rzayev təmsil edir. Sərgi yanvarın 14-dən 17-dək davam edəcək.
Xatırladaq ki , DOMOTEX Beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan bu yana hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri , interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış sərgisində bir araya gəlirlər. DOMOTEX xalça bazarının müasir vəziyyətini, bu sahədə olan texnoloji nailiyyətləri öyrənmək baxımından geniş imkanlar yaradır.
Gununsesi.info