“Hər zaman konsertlərimdə ifa etdiyim mahnılarımda “Türküm-türküm” demişəm. Mən bütün ölkələrdə demişəm ki, türkün qolu bükülməz. Türkün gücü tükənməz. Bir kərə qalxan bayraq bir daha enməz”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Zeynəb Xanlarova Milli Məclisdə səsləndirib.
Onun sözlərinə görə, türkün belə bir gücünü görən AŞPA əlbəttə qərəzli hərəkət edəcək. “Bu qərəzli hərəkət bir məni yox, bütün Azərbaycan xalqını qəzəbləndirib. Odur ki, çox xahiş edirəm ki, parlament adından etirazımızı bildirək. Belə hərəkət, qərəz sabah bizə qarşı olacaq. Biz özümüzü Türkiyədən ayıra bilmərik. Azərbaycan xalqı qalxmalıdır ayağa. Birinci türk xalqı arxamızda dayanıb. Biz öz millətimiz Türkiyəni qorumalıyıq. Biz parlamentin adından qərəzli AŞPA-qa məktub yazaq”- deyə, Z.Xanlarova bildirib.
Mürtəza
Gununsesi.info