“Azərbaycan xalqı, hökuməti bir millət, iki dövlət olaraq 15 iyul dövlət çevrilişi cəhdi zamanı ilk andan bizə dəstək verdi. Azərbaycan prezidentinə və xalqına təşəkkür edirik”.
Gununsesi.info xəbər verir ki, bunu bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə bildirib.
Kurtulmuş deyib ki, Azərbaycanın dəstəyini yüksək qiymətləndirirlər.
Gununsesi.info