“Azərbaycan xalqının istəyi bizim üçün əmrdir” - TÜRKİYƏLİ NAZİR

  • By admin
  • 28 Sentyabr 2017 13:36

752x395-canikli-ihrac-edilen-ust-duzey-fetocu-sayisini-acikladi-1494456057768

“Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim bir-birimizə ehtiyacımız var. Azərbaycan xalqının istəyi bizim üçün əmrdir, lazım olan addımı atırıq”.

Gununsesi.info-nun məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə bütün sahələrdə gücünü birləşdirir: “Biz müdafiə sənayesi sahəsində də birgə hərəkət edirik. Azərbaycan və Türkiyənin milli silah sistemlərini inkişaf etdirməsi lazımdır. Bu, torpaqlarımızı müdafiə etmək üçün vacibdir”.

Gununsesi.info