Azərbaycan XİN: “ABŞ-dakı silahlı hücumu qınayırıq”

  • By admin
  • 13 İyun 2016 14:00

XIN

Azərbaycan ABŞ-ın Orlando şəhərindəki silahlı hücumu pisləyir

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Orlando şəhərindəki silahlı hücumu pisləyən açıqlama yayıb.

Gununsesi.info xəbər verir ki,  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamada bildirir:

“İyunun 12-də Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayırıq.

Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.